Xaçmazda qətldə şübhəli bilinən şəxs saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB

4-11-2023, 12:25 5 dəfə baxılıb

 

Noyabrın 3-də Xaçmaz rayonu ərazisində 1966-cı il təvəllüdlü Rasim Hacıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Azerinews.az" Xaçmaz Rayon Prokurorluğundan verilən məlumata görə xəbər verir ki, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü Faiq Əliyevin Xaçmaz şəhəri ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rasim Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, prokurorluğun qərarı əsasında Faiq Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

02:03

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 57 yaşlı Hacıyev Rasim Kərim oğlunu qətlə yetirməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Əliyev Faiq Rafiq oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a bildirilib ki, adıçəkilən şəxs istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, noyabrın 3-də Xaçmaz rayonunda evlərin birində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan kişi meyitinin olması ilə bağlı polisə məlumat daxil olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930