İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

16-04-2024, 13:31 109 dəfə baxılıb

 10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində səkkiz aydır davam edən prosesin dayandırılmasına səbəb sədrlik edən hakim Teyyub Muxtarovun Ali Məhkəməyə təyinat almasıdır.

Yeni məhkəmə tərkibi müəyyən edildikdən sonra proses davam edəcək.

Xatırladaq ki, cinayət hadisəsi 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İlkin Süleymanov oğurladığı iddia olunan həmkəndlisi, 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb, cəsədini yandırmaqda ittiham olunur.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən həm müdafiə, həm zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930