Silah və narkotik satışına görə 4 nəfər saxlanıldı - VİDEO

22-04-2024, 16:06 103 dəfə baxılıb

 Nəsimi rayonunda silah və narkotik satışında şübhəli bilinən şəxslər saxlanılıblar.

 "Azerinews.az" DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü Rövşən Fətullayev saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb. R.Fətullayev silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib.

 İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə narkotiklərin satışı ilə məşğul olan 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəlüldlü Asif Yaqubəliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.

 Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031