Zaqatalada müştəri çayxana sahibini bıçaqladı

28-04-2024, 10:14 107 dəfə baxılıb

 

Zaqatalada çayxana sahibi bıçaqlanıb.

Məlumata görə, hadisə rayonun Qandax kəndində baş verib.

Belə ki, kənddə çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural ona bıçaqla bədəninin müxtəlif yerlərindən xəsarət yetirib.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N. Muradovun bədənində 10 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkar edilib və üzərində cərrahiyyə əməliyyatı aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031