Biləsuvarda iki nəfərdə 9 kq narkotik aşkarlanıb
Biləsuvarda keçirilən ardıcıl əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisinə narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb. Onlardan ümumilikdə 9 kiloqram müxtəlif növ narkotik vasitələr və psixotrop maddə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Abşeron rayon sakini Sahib İsmayılov saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın tiryək, marixuana, metamfetamin, əlavə olaraq 140 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının Biləsuvar rayonu ərazisində narkotiklərin qeyri-leqal dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat zamanı isə Bakı şəhər sakini Rövşən Allahverdiyev idarə etdiyi avtomobillə saxlanılıb. Həmin nəqliyyat vasitəsindən ümumilikdə 4 kiloqram tiryək, heroin, marixuana və metadon həbləri aşkarlanıb. Araşdırmalarla hər iki şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən kuryerliyə cəlb edildikləri və aşkarlanan narkotik vasitələri pul müqabilində Bakı şəhəri ərazisinə çatdırmağa razılaşdıqları müəyyən edilib.
Araşdırmalar aparılır.