Fazil Qasımov ev dustaqlığına buraxılmadı

13-05-2024, 11:00 103 dəfə baxılıb

 

Qubad İbadoğlunun cinayət işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov da ev dustaqlığına buraxılmasını istəyir.

“Azerinews.az" xəbər verir ki, qətimkan tədbirinin dəyişdirilməsi üçün təqsirləndirilən şəxsin vəkili vəsatət verib.

Vəsatətə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Məhkəmə müttəhimin sərbəst qalacağı halda görüləcək qanuni tədbirlərin də yetərli olmayacağını əsas götürərək vəsatəti təmin etməyib.

Qeyd edək ki, Fazil Qasımov 9 ay əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031