Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb

14-05-2024, 10:39 124 dəfə baxılıb

 

İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.

"Azerinews.az" ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, A. Sasunyan naməlum istiqamətə aparılıb.

Xatırladaq ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib.

2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb.

Qərarın təsdiqi Kaliforniyanın qubernatoruna həvalə edilib.


Üç il davam edən müzakirələr nəticəsində sözü gedən qərar 2019-cu ilin dekabrında icra olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930