Tələbəni qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

14-05-2024, 13:46 81 dəfə baxılıb

 

İdman Akademiyasının ikinci kurs tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Fateh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Azerinews.az"  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən Fateh Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Fateh Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Öldürülən Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kurs tələbəsi olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031