Fəvvarələr meydanında davada 2 nəfər bıçaqlandı

15-05-2024, 10:31 131 dəfə baxılıb

 Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Qurbanlı Oktay Şahin oğlu və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Cümiyev Turqut Tofiq oğlu dava zamanı bıçaqlanıb. Hadisə onların işlədikləri restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxsin ofisiant işlədiyi bildirilir.

Xəsarət alan şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd  bildirib ki, hər iki şəxsin vəziyyəti orta ağırdır: “Səbail rayonunda baş vermiş hadisə zamanı xəsarət alan hər iki şəxs Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Hazırda həmin şəxslərin müalicəsi reanimasiya şəraitində davam etdirilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031