Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - Foto

15-05-2024, 14:25 98 dəfə baxılıb

 

Bakıda viza düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq əməllərində təqsirləndirilən “Avion Travel MMC-nin direktoru Lalə Rəcəbova həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, L.Rəcəbova öz qulluq mövqeyindən sui-istifadə etməklə Bakı şəhəri, Yasamal rayonunda  yerləşən ofisində Avropanın Almaniya, Norveç və Niderland ölkələrinə səfirliklərdən biri vasitəsilə viza düzəltmək adı ilə vətəndaşlara yalan vədlər verməklə müxtəlif məbləğlərdə pullarını talayaraq dələduzluq edib.

Yasamal Rayon Polis İdarəsində aparılan istintaq hərəkətləri ilə onun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi maddəsi ilə başlanan cinayət işinin ilkin araşdırması zamanı 148 şəxs zərərçəkmiş kimi tanınıb, onlara dəyən ziyan 368.675 manat olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən əlavə olaraq, istintaqla daha 56 şəxsin zərəçəkmiş qismində tanınması ilə bağlı proses aparılır. Müəyyən edilib ki, respublika üzrə ümumilikdə “Avion Travel”dən şikayətçi 202 nəfərdir və dəyən ümumi maddi ziyanın 498.175 manatdır.

Məlumata görə onun əməllərindən zərərçəkənlərin çox olması istisna edilmir.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polisə müraciət edə bilərlər. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930