Qəbələdə 22 yaşlı oğlan itkin düşüb

16-01-2024, 15:27 3 dəfə baxılıb

 

Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-də səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ailə üzvləri onunla sonuncu dəfə dünən saat 11 radələrində telefonla danışıblar.

F.Mirzəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031