Hindistan vətəndaşlarını aldadan pakistanlı Bakıda tutuldu - Foto

21-05-2024, 15:35 86 dəfə baxılıb

 

Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı altında dələduzluq edərək aldadan pakistanlı saxlanılıb.

“Azerinews.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisin Bakıda keçirdiyi tədbirlərlə Azərbaycana gəlmiş 3 Hindistan vətəndaşına qarşı dələduzluq etməkdə şübhəli bilinən Pakistan vətəndaşı 1993-cü il təvəllüdlü Shahid Kamran Ali saxlanılıb. O guya zərərçəkənlərə ABŞ-yə getməkdə köməklik edəcəyi vədini verərək onların maddi vəsaitini ələ keçirib.

Shahid Kamran Alinin törətdiyi qanunazidd əməllər barəsində araşdırmalar davam etdirilir. Onun hərəkətlərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031