Fərid Süleymanov həbs edilib
Keçmiş deputatlığa namizəd Fərid Süleymanov həbs edilib.
“azerinews.az”ın əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü F.Süleymanov bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Süleymanova 30 sutka həbs cəzası verilib.
Qeyd edək ki, Fərid Süleymanov 2020-ci ildə Milli Məclisə seçkilər zamanı deputatlığa namizəd olub. O, eyni zamanda sosial şəbəkələrdə “gördüm, göstərdim” səhifələrini idarə edərək bloqerlik fəaliyyəti göstərib, sözügedən səhifələrdə yol-hərəkət qaydaları ilə bağlı müşahidə etdiyi xoşagəlməz halları paylaşıb.