Gəncədə məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edildi

25-01-2024, 16:14 2 dəfə baxılıb

 

Gəncədə məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Məhkəməsində şəhər sakini Raul Rəhimovu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov barəsində Gəncə Şəhər Prokurorluğunun təqdimatına baxılıb.

Prosesdə təqdimat təmin edilərək, F.Şabanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin təhsil müəssisəsinin şagirdi olan R.Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb.

Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930