Atam bu cür öldürülüb - Haniyənin oğlu detalları açıqladı

17-08-2024, 14:32 240 dəfə baxılıb

Atam bu cür öldürülüb - Haniyənin oğlu detalları açıqladı

HƏMAS Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Haniyənin böyük oğlu Əbdül Salam Haniyə atasının Tehranda necə öldürüldüyü ilə bağlı yeni məlumatları açıqlayıb.

Dohada mediaya açıqlamasında Əbdül Salam atasının cib telefonu izləndikdən sonra raketlərin hədəfinə çevrildiyini təsdiqləyib.

Onun sözlərinə görə, atası gecə mobil telefonunu yatağının yanına qoyub, telefonu izləndiyi üçün idarəolunan raketlə də dəqiq zərbə endirilib.

O, bəzi KİV-lərin Haniyənin qaldığı iqamətgaha əvvəlcədən bomba qoyulması ilə bağlı yaydığı iddiaları təkzib edib.

Əbdül Salam atasının həmin gün cib telefonundan davamlı olaraq zəng etdiyini, hətta öldüyü gecə yerli vaxtla saat 22:15-də də telefondan istifadə etdiyini vurğulayıb.

Qeyd edək ki, İsmayıl Haniyə 31 iyulda Tehranda yerləşdiyi iqamətgaha endirilən raket zərbəsi nəticəsində öldürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031