“Kızılcık şerbeti”nin Fatihinin atası azərbaycanlı imiş - Video

11-05-2024, 05:30 37 dəfə baxılıb

 

“Kızılcık Şerbeti” serialında Fatih obrazını canlandıran Doğukan Güngör “Ali ile aramızda” proqramında qonaq olub.

“Azerinews.az” xəbər verir ki, 27 yaşlı aktyor verilişdə atasının azərbaycanlı olduğunu açıqlayıb.

“Atam azərbaycanlıdır. Biz Iğdırdanıq, atam Hacettepe Universitetində təhsil alıb. Parlamentdə müşavir vəzifəsində çalışıb. Sonra Almaniyada yaşadı. Mən 7 yaşında olanda valideynlərim ayrıldı. Anamla İzmirə getdim. İlin 3-4 ayını Almaniyada atamla keçirirdim. Məktəb bitən kimi təyyarəyə minib yanına gedərdim. Atam intellektual biri idi. Anam isə Saloniki köçmənidir, Atatürkçüdürlər. Ata tərəfim azərbaycanlı olduğu üçün daha mühafizəkardır”.

O, rol aldığı serialda epizodlardan birini real həyatda da yaşadığını deyib. Belə ki, serialda namaz qılınan evdə it saxlamağın düzgün olmadığını bildirən səhnə  olub. Güngör də ata tərəfinin şiə məzhəbli olduğu üçün bu cür qadağaya şahid olduğunu bildirib: “Eşidəndə mənə qəribə gəlmişdi. Amma o, gerçəkdir. Ata tərəfim şiədir. O məzhəb də belədir. Kənddə olanda iti sığallayacaqdım. Bütün ailə “murdardır” deyib ayağa durdu. “Namazın, dəstəmazın qəbul olunmaz” dedilər. Qollarımda döymə var, amma istidə uzunqolda gəzirdim. Təbii ki, bu, məcburi deyildi, hörmət üçün belə edirdim”.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031