Penitensiar xidmətə qəbul üzrə müsabiqə elan edilib

20-10-2025, 12:05 3 dəfə baxılıb

 

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qəbul üzrə müsabiqə elan edilir.

Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Müsabiqə Komissiyasından bildirilib ki, Xidmətin fəaliyyətinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi tədbirləri çərçivəsində kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə oktyabrın 20-dən noyabrın 20-dək açıq müsabiqə keçirilir.

Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində energetika mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, psixologiya, təhsildə sosial-psixoloji xidmət, yanğın təhlükəsizliyi mühəndisliyi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə ali təhsil tələb edən orta rəis heyəti vəzifələridir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə Penitensiar xidmətin veb-saytında “Xidmətə qəbul” bölməsində tanış ola bilərlər.

Ərizələri xidmətin elektron poçtu ([email protected]), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.

Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsi ilə əlavə məlumat ala bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930