Heyvanlar arasında yayılan dabaq xəstəliyinə Səhiyyə Nazirliyindən REAKSİYA

21-10-2025, 11:42 4 dəfə baxılıb


 Ölkədə heyvanlar arasında virus və infeksiya xəstəlikləri yayılıb. Əsasən dabaq xəstəliyinə yoluxma sayında artım müşahidə edilir.

Səhiyyə Nazirliyindənverilən məlumata görə, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb:

"Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara, əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər.

Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.

Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinməlidirlər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031