“2026-cı il sülh üçün həlledici əhəmiyyət kəsb edəcək”

27-10-2025, 12:26 12 dəfə baxılıb

"2026-cı il sülh üçün həlledici əhəmiyyət kəsb edəcək, çünki iyun ayında növbəti parlament seçkiləri keçiriləcək”​. 

“Azerinews.az” News.am saytına istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin 2026-cı il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Erməni xalqı öz seçimi ilə sülhü müdafiə etməlidir. Əslində qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədi də bundan ibarətdir. Bu məsələ həm hökumət nöqteyi-nəzərindən, həm də tarix baxımdan ortaya qoyulur”, - o bildirib.

Paşinyanın sözlərinə görə, 2026-cı il parlament seçkilərində xalq sülhü müdafiə etməsə, Ermənistan yenidən münaqişə və forpost məntiqinə qayıdacaq: “Sülhü müdafiə etməklə erməni xalqı öz müstəqilliyinin, suverenliyinin, dövlətinin yeni səviyyəsini müdafiə edəcək”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031