Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır

14-11-2025, 12:27 8 dəfə baxılıb

 

Son zamanlar uşaqlar arasında yalnız qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Belə ki, xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri görülür. Əksər valideynlər bunu qriplə qarışdırır. Həkimlər isə xəstəliyin qriplə əlaqəli olmadığını bildirirlər.

"Azerinews.az"  xəbər verir ki, tibb eksperti, terapevt Rasif Bağırov bu barədə Bizim.Media-ya açıqlama verib.

O bildirib ki, hazırda uşaqlar arasında müşahidə edilən xəstəlik qrip deyil:

"Bu gün uşaqlar arasında soyuqdəymə halları artıb. Qızdırma yüksək olanda valideynlər bunun da qrip olduğunu düşünürlər. Bu səbəbdən uşaqları qripi müalicə etdikləri dərmanlarla sağaltmağa çalışırlar. Lakin bu, qrip deyil.

Bu xəstəliyin adı FMF-Aralıq Dənizi Qızdırması adlanır.

Bunu isə nə qədər müalicə etsən də, keçmir. Bir müddət sonra öz-özünə sağalır. Bəzən özünəxas müalicə forması olan bu xəstəlik genetik test və qan analizi verməklə müəyyənləşdirilə bilər. Yalnız bundan sonra qızdırma müalicəyə tabe olur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031