"Reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var”

19-12-2025, 15:34 8 dəfə baxılıb

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov təcili yardımla gətirilən xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemə toxunub.

“Azerinews.az” xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Əsasən reanimasion xəstələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlərimiz var. Bakıda reanimasion xəstələrin qəbul yükü TƏBİB-in üzərindədir. Hər bir xəstəxanada isə bəlli reanimasion çarpayı limiti var. Çarpayı sayını artırmaq üçün isə şöbələrin şəraiti dəyişilməlidir, oksigen təminatı olmalıdır. Bu, təcili yardım resursumuzun düzgün istifadə olunmamasına gətirib çıxarır. Misal üçün deyim ki, Yeni Klinikada reanimasiya çarpayı sayı 14-dür. Bu, COVID dövründə də belə olub. Bakıda əhali sayı artıb, reanimasion çarpayı sayının azlığı bizə də bəllidir. Biz bu problemi həll etməyə çalışırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930