Brokolinin Faydaları Nelerdir?

14-02-2024, 23:30 2 dəfə baxılıb

rokolinin saymaqla bitməyən faydaları
Brokoli xərçənglə mübarizədə əvəzedilməz bir tərəvəzdir. Mədə-bağırsaq və yemək borusu xərçənginin qarşısını ala bilir. Son araşdırmalar göstərir ki, brokoli həm də ağciyər xərçəngiylə mübarizə apara bilir. Tərkibindəki pəhriz lifləri vasitəsilə toxluq hissi yaradır. Alma və yerkökü suyu ilə brokoli suyunu qarışdırıb içsəniz, gün boyu özünüzü möhkəm hiss edəcək və gec yorulacaqsınız. Həmçinin tərkibindəki yüksək miqdarda dəmir bədəninizin dəmir ehtiyacını qarşılayır və immuniteti artırır.

Bu tərəvəz dəri sağlamlığı üçün əla vasitədir. Tərkibindəki A vitamini dərinizin hüceyrələrini yeniləyir və ultrabənövşəyi şüalardan qoruyur. C və E vitamini ilə birgə istifadə olunduqda dərinizi sağlam görünüşünə qovuşdurur.

🥦Brokolinin saça faydaları
Sağlam saçlarınız üçün ehtiyacınız olan hər şey brokolinin təkribində var. A,c,E,B5,B12 vitaminləri ilə birgə dəmir, sink, kükürd kimi maddələr saçlarınızı canlı və parlaq edər.

Saç uzanmasına kömək edən kalsium da brokolinin tərkibində var. Kalsium saç köklərini gücləndirir və saç dərisini qidalandırır. Brokoli saçlarınızın tökülməsinin və qırılmasının da qarşısını ala bilir.

Tərkibindəki B6 və B vitamini saçın sağlamlığından əlavə, zehni sağlamlığa da kömək edir.

Ürək üçün idealdır
O həm də ürəyimizin dostudur. Qan təzyiqini və xolestrin səviyyəsini normallaşdırır, damarları tonuslandırır və ürəyin sağlam şəkildə çalışmasını təmin edir.
Sinir sistemini qoruyur
Sağlam bir sinir sistemi üçün kalium önəmli elementdir. Brokoli də tərkibindəki kalium sayəsində sinir sistemi sağlamlığını stimullaşdırır.

O arıqladır
Brokolinin tərkibində pəhriz lifləri mövcuddur. Bu liflər arıqlatmaqla yanaşı, həzmə də kömək edir. Gün ərzində istifadə edəcəyiniz çiy brokolilər bədəninizin ehtiyacı olduğu qidaları əvəz edə bilər və şəkərinizi də normada saxlayar.

Gözlərin dostu
Brokoli gözlər üçün əvəzedilməz dayaqdır. O, tərkibindəki A vitamini sayəsində gözlərinizi xəstəliklərdən qoruyar.

Sümüklər brokolini sevir
Kalsiumla zəngin olan brokoli sümüklərin də dostudur.  Hamiləlikdən öncə və sonra yaranan kalsium çatışmazlığını aradan qaldırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930