İİV-ə yoluxanların sayı açıqlandı

19-02-2024, 11:13 8 dəfə baxılıb

 

Son bir ayda Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxanların sayı açıqlanıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında məlumat verilib.

“Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxub. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olub.

Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) İnyekson Narkotik İstifadəçiləri təşkil edib”, - rəsmi məlumatda vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930