Bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər

19-02-2024, 15:02 6 dəfə baxılıb

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

Bu barədə qurumun sosial media hesabında paylaşım edilib.

Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına Namiq Həsənov, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıblar.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimov ixtisasca otolorinolarinqoloqdur. O, bu təyinatadək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsini icra edib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930