SN: "Qızılcaya yoluxan şəxslə təmas olmadan belə qapalı məkanlarda yoluxma mümkündür"
“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”.
"Azerinews.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.
O bildirib ki, qızılcaya yoluxan şəxslə təmas olmadan belə qapalı məkanlarda yoluxma mümkündür: “İnkubasion dövr minimal 6, maksimal isə 21 gündür”.
T.Eyvazov söyləyib ki, qızılcaya digər bakterial fəsadların qoşulması faktı olarsa, antibiotik təyin edilə bilər: “Fəsadlardan olmadan antibiotik təyini olmaz. Qızılcaya qarşı ən effektiv qoruyucu vasitə peyvənd olunmaqdır. Belə olan halda xəstəlik yüngül keçirilir və ağırlaşma olmur”.