Dünyada 2100-cü ilə qədər yalnız altı ölkədə doğum səviyyəsi yüksək olacaq

22-03-2024, 03:53 80 dəfə baxılıb

Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər ölkələrin təxminən 3/4-də doğuş nisbətləri mövcud səviyyədən aşağı olcaq.

“Azerinews.az”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın “The Lancet” elmi jurnalında dərc olunan Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun araşdırmasında deyilir.

Qeyd olunub ki, yalnız 49 ölkə və ərazidə (24%) həmin dövrə qədər doğum səviyyəsi yüksək olacaq. Lakin 2100-cü ilə qədər yalnız altı belə dövlət (2,9%) qalacaq.

Alimlərin fikrincə, əgər 1950-ci ildə bir qadına düşən uşaqların orta sayını əks etdirən dünya məhsuldarlığı əmsalı 4,84 idisə, 2021-ci ilə qədər bu göstərici 2,23-ə düşüb.

Tədqiqatın müəllifləri proqnozlaşdırırlar ki, 2050-ci ilə qədər bu göstərici 1,83, daha 50 ildən sonra isə 1,59 olacaq. Eyni zamanda dünya əhalisinin sayının azalmasının qarşısını almaq üçün əmsal 2,1-dən aşağı düşməməlidir.

Alimlər qeyd edib ki, 2021-ci ildə dünyada doğuş nisbəti baxımından liderlər müvafiq olaraq 6,99, 6,97 və 6,54 təşkil edən Çad, Niger və Somali olub. Reytinqdə sonuncu pillədə Koreya Respublikası (0,82), Puerto-Riko (0,9), Andorra (0,98) və Tayvan (0,98) qərarlaşıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930