Bayram günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub

27-03-2024, 12:14 74 dəfə baxılıb

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub.

"Azerinews.az" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bildirilib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-26 martda 15 763 çağırış daxil olub.

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21, 22 və 23 martda müraciət qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, martın 22-də müraciət sayı 2 366, hospitalizasiya olunanların sayı 214, martın 23-də isə müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930