Episentri Çin olan yeni pandemiya barədə xəbərdarlıq edildi: Antibiotiklər təsir etmir

1-04-2024, 13:49 365 dəfə baxılıb

 

Çin yeni bir pandemiyanın episentrinə çevrilə bilər.

Bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesabatından məlum olub.

Tədqiqatçıların fikrincə, yeni “koronovirus” Çin “superqonoreya”sı ola bilər.

Belə ki, Çinin 13 əyalətində zöhrəvi xəstəlikləri olan xəstələrdən götürülmüş bakteriya nümunələrinin 98 faizə qədəri güclü antibiotiklərdən yan keçə bilib.

Tədqiqatçıları ən çox narahat edən məqam Çində antibiotiklərə davamlı ştammın yayılma nisbətinin Amerika, Britaniya və Kanada ilə müqayisədə 40 dəfə yüksək olmasıdır.

Hazırda Çin “superqonoreyası”nı məğlub edə bilən yeganə antibiotik “seftriakson”dur. Ancaq Çində müəyyən edilmiş bakteriya ştamlarının 8,1%-i, hətta buna da davamlıdır. Ona görə də infeksiyanı müalicə etmək üçün təcili şəkildə dərmanların hazırlanması tələb oluna bilər.

Qonoreya bakterial xəstəlikdir. “Neisseria gonorrhoeae” bakteriyası cinsi yolla ötürülür və həm kişilərə, həm də qadınlara təsir edir.

Mənbə: Daily Mail






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031