Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI

30-04-2024, 15:32 82 dəfə baxılıb

 “Bu gün bəzi rayonlarda tək-tək hallarda olsa da, qızılca hadisəsi qeydə alınır”.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, ötən gün ölkə üzrə 29 hadisə qeydə alınıb: “Rəqəmlər azalmağa doğru getsə də, hələ qarşısı alınmayıb. Çünki hələ də peyvənddən kənar qalan insanlar var”.

GEM rəsmisi xatırladıb ki, qızılca Azərbaycanda ötən ilin aprel ayından əsasən xaricdən gətirilmə halları ilə bağlı olub: “Gətirilmə faktları adətən Rusiya və Türkiyədən idi. Yoluxma halları da əsasən peyvənd olunmayan şəxslər arasındadır”.

A.Əliyeva vurğulayıb ki, hər il təxminən 10% uşaq peyvənddən kənarda qalır: “Bununla da qeyri-immun təbəqə yaranır. Nəticədə hər hansı xəstəliyin alovlanması zamanı yoluxma halları da həddən artıq çox olur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031