Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? - AÇIQLAMA

7-05-2024, 11:14 128 dəfə baxılıb

 

Azərbaycanda ötən il yanvar-noyabr aylarında 1 493 nəfər qızılcaya yoluxub. Ölkədə ötən il qızılcaya yoluxanlar arasında ağırlaşma və ölüm hallarına da rast gəlinib. Ölüm halları əsasən, uşaqlar və tələbələr arasında qeydə alınıb.

Bəs hazırda qızılca xəstəliyinə yoluxanların sayında hansı dəyişiklik var?

İnfeksionist-hepatoloq Mərdan Əliyev Bizim.Media-ya deyib ki, 2023-cü ilin noyabr ayından sonra qızılcaya yoluxma halı daha çoxdur:

“Qızılca səviyyəsi peyvənd olunma səviyyəsi ilə tərs mütənasibdir. Yəni peyvənd olunma səviyyəsi yüksək olan yerlərdə qızılcaya yoluxma sayı az, peyvənd olunma səviyyəsi az olan yerlərdə qızılcaya yoluxma yüksək olur.

Azərbaycanda ötən ilin yanvarından noyabr ayına qədər qızılcaya yoluxanların sayı məlumdur. Hesab edirəm ki, noyabrdan sonra daha yüksək yoluxma sayları müşahidə edildi. Onları da nəzərə alsaq, yoluxma sayı xeyli dərəcədə çoxalar”.

O bildirib ki, hazırda yoluxanların sayında azalma müşahidə edilir:

“Qızılca xəstəliyi koronavirus xəstəliyi kimi deyil, koronavirusda alovlanma aylarla, illərlə davam etdi. Qızılca xəstəliyi koronavirusdan 10-20 dəfə daha sürətli yoluxma qabiliyyətinə malik olduğu kimi, burada alovlanma da, sönmə də sürətli baş verdi. Buna görə hazırda qızılcaya yoluxma halları xeyli azalıb. Özüm də təcrübi fəaliyyətlə məşğulam, ona görə də öz təcrübəmdən bilirəm ki, yoluxma sayı xeyli dərəcədə azalıb. Bəzən ağırlaşma halları müşahidə olunur, yəni tək-tək qızılca xəstələrinin ağırlaşmaları ilə müraciət edənlər olur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930