Xroniki bel ağrılarının çarəsi tapıldı

21-05-2024, 23:30 115 dəfə baxılıb

 

Alimlər xroniki bel ağrılarından qurtulmağın yolunu tapıblar.

ABŞ-nin Ohayo Dövlət Universitetinin tədqiqatçıları siçanlarda zədələnmiş onurğa disklərini bərpa edən və ağrı ilə mübarizə üçün yeni üsul təklif edən gen terapiyası yaradıblar. Təqdim etdikləri terapiyada toxumaların bərpasını təşviq edən xüsusi genləri çatdıran nanodaşıyıcılardan istifadə edilir.

Tədqiqatın baş müəllifi və biotibbi mühəndislik üzrə mütəxəssis Devina Purmessur Uolterin sözlərinə görə, bu genlər toxuma inkişafında kritik rol oynayan və konsistensiyası yaşla azalan "FOXF1" adlı zülalın ifrazını stimullaşdırır. Eksperimentlərdə istifadə edilən siçanlarda onurğa funksiyasının əhəmiyyətli dərəcədə yaxşılaşdığı aşkar edilib ki, bu da tədqiqat müəlliflərinə bel ağrısının müalicəsində böyük uğura ümid etməyə imkan verib.

Bu inkişaf böyük əhəmiyyət kəsb edir, çünki ağrıları azaltmaqla yanaşı, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların həyatını asanlaşdıra bilən hərəkətliliyi bərpa edir.

Mənbə: New Atlas






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930