Səhiyyə Nazirliyinin vəzifələri artırıldı

3-06-2024, 16:55 123 dəfə baxılıb

 

Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.

“Azerinews.az” ın xəbərinə görə, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə bu öz əksini tapıb.

Səhiyyə Nazirliyinin vəzifələri sırasına bunlar əlavə edilib:

- “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;

- Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;

- Dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;

- Tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930