Əhali arasında rotavirus və konyuktivit yayılır - Video

8-07-2024, 10:02 133 dəfə baxılıb

 

Son günlər əhali arasında rotavirus və göz xəstəlikləri ilə bağlı şikayətlər çoxalıb. İnsanlar qarın boşluğunda ağrılar, yüksək hərarət, uzun müddət davam edən qusma, ishal, həmçinin gözlərdə konyuktivit əlamətləri ilə xəstəxanalara müraciət edirlər.  

“Azerinews.az” xəbər verir ki, bu barədə İctimai TV süjet hazırlayıb.

İnfeksionist Aygül Əhmədovanın sözlərinə görə, həm uşaqlar, həm də böyüklər arasında yayılan rotavirus infeksiyasının sağalma müddəti 10 günə qədər davam edir. Xəstəxanaya müraciət edən hər 10 nəfərdən 3-4-ü bu xəstəlikdən əziyyət çəkir.

O qeyd edib ki, xəstə müalicə ilə yanaşı, çoxlu maye də qəbul etməlidir.  

Həkimlər, həmçinin gözlərdə quruluq və konyuktivit əlamətlərinin də geniş yayıldığını bildirirlər. Xüsusən də, bu xəstəliklə təkrar müraciət edənlərin sayı çoxdur. Xəstəliyin artmasına isti havanın da təkan verdiyi vurğulanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930