Xalq artisti Mənsum İbrahimov Gəncədə konsert proqramı ilə çıxış edib

29-02-2024, 14:12 6 dəfə baxılıb


 "Azerinews.az" xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasında “Muğam gecələri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, professor Mənsum İbrahimov konsert proqramı ilə çıxış edib. 
Konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və şəhər ictimaiyyəti qonaq qismində iştirak ediblər. 
Bir-birindən zəngin xalq mahnıları və muğamlar ilə çıxış edən xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər. 
Tələbələri ilə eyni səhnəni bölüşən Xalq artistinin çıxışı alqışlarla qarşılanıb. 
Mənsum İbrahimov Gəncə tamaşaçılarına öz dərin təşəkkürünü bildirib. 
Konsert proqramının sonunda xatirə şəkli çəkdirilib.

 Aqşin Əsgərov

Azerinews.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930