Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI

14-05-2024, 14:31 225 dəfə baxılıb

 

“Aparıcı-aktyor Elcan Rəsulovun vəziyyəti yaxşıdır”.

Bu barədə  onun köməkçisi Rauf Əlizadə məlumat verib.

O, aktyorun güclü soyuqdəymə keçirdiyini qeyd edib:

“Elcana güclü soyuq dəyib. Bronxlarında problem yaranıb. Bir neçə müddət öncə də xəstələnmişdi. Müalicə almadı, öskürürdü. Xəstəliyi ayaqüstü keçirdi. İndi də xəstələndi. Bir müddət öncəki xəstəlik ilə yenisi üst-üstə yığıldı”.

R.Əlizadə aktyorun ötən gün xəstəxanaya yerləşdirildiyini əlavə edib:

“Dünən xəstəxanaya yerləşdirdik. Xəstəxanaya getdi ki, rahat olsun. Həkimlər onu tez sağaltsınlar. Yay aylarında da xəstəxanaya yerləşdirilmişdi. Öd kisəsində problem var idi. Hazırda öd kisəsində heç bir problem yoxdur”.

“Elcan indi özünü normal hiss edir. İki-üç gün sonra xəstəxanadan çıxacaq”, - deyə R.Əlizadə deyib.

Xatırladaq ki, aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilməsi ilə bağlı öz şəxsi “Instagram” səhifəsində paylaşım etmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930