Azərbaycanla Ermənistanın baş nazirlərinin müavinləri görüşüblər - VİDEO

31-01-2024, 14:33 7 dəfə baxılıb

 

Bu dəqiqələrdə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası başlayıb.

Ermənistan KİV-in məlumatına görə, görüş Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilir.

Məlumata görə, sərhədin Qazax-İcevan hissəsində keçirilən görüşdə üç rayonun mina xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh müqaviləsi istiqamətində işlərin daha da sürətləndirilməsi barədə müzakirələr aparılır.

Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan əvvəlki görüş ötən il noyabr ayının 30-da sərhəddə baş tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031