Deputatlar AŞPA-nın Parisdəki iclasında insan haqlarının müdafiəsi ilə bağlı müzakirələrdə iştirak edəcəklər

28-11-2023, 11:33 9 dəfə baxılıb

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları, Sosial məsələlər və davamlı inkişaf, Mədəniyyət, təhsil və elm komitələrinin 30 noyabr - 14 dekabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.

"Azerinews.az" xəbər verir ki, bu barədə  Milli Məclisdən məlumat verilib.

Komitə iclaslarında Avropa Şurasının İnsan hüquqları üzrə komissarının seçkiləri, Ölüm hökmünün ləğvi üzrə məruzəçinin təyin olunması, Assambleyanın işində gənclərin rolunun gücləndirilməsi, Mədəni irs və iqlim dəyişiklikləri, Müharibə və sülh zamanı mədəni kimliyin silinməsinin qarşısının alınması, Avropada uşaqlara qarşı zorakılıq, Gələcək nəsillər üçün insan haqlarının müdafiəsi, İtkin düşmüş miqrantlar, qaçqınlar və sığınacaq axtaranlar kimi mövzular və bəzi təşkilati məsələlər nəzərdən keçiriləcək.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər, qeyd və təkliflərini səsləndirəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930