TDT azad edilmiş ərazilərdə seçki prosesini müşahidəsinin nəticələrini açıqlayıb

8-02-2024, 15:30 2 dəfə baxılıb

Seçki günü hansısa siyasi qüvvə tərəfindən seçicilərə heç bir təzyiq, müdaxilə edilməyib.

"Azerinews.az"ın məlumatına görə, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təşkilat növbədənkənar prezident seçkilərində müşahidəçilik missiyasını beynəlxalq standartlara və qanunlara uyğun şəkildə uğurla başa vurub: "TDT müşahidəçiləri seçkilərdən öncə Prezident İlham Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirib: Seçki günü isə müşahidəçi missiyamız üç qrupa bölünüb. Bakı, Şuşa, Xocalı və Xankəndidə səsvermə prosesi müşahidə olunub. Məntəqələrdən müşahidəçilərə bütün məlumatlar tam şəkildə verilib. Hansısa qanun pozuntularına şahidlik etməmişik. Proses zamanı ictimai asayiş tam təmin olunub. Səsvermə məntəqələrində tamamilə azad şəkildə proses reallaşdırılıb".

K.Ömüralıyev deyib ki, missiya müşahidə zamanı əlilliyi olan vətəndaşların səsvermə prosesində hüuqlarının təmin olunduğuna şahid olub: "Biz seçicilərin bütün lazımi avadanlıqlarla təmin olunduğunu gördük. Bundan əlavə, seçici aktivliyi yüksək səviyyədə idi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930