Ulu Öndər Gəncədə də yad olundu

12-12-2025, 17:14 7 dəfə baxılıb

 

Ümummill Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Bununla əlaqədar olaraq, Ulu Öndərin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub.

“Azerinews.az” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitet rektorları Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsi idarə, müəssisə və təşkilat kollektivləri həmçinin sakinlər tərəfindən gün ərzində ziyarət olunacaq.













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031