“ABŞ Bakı və İrəvan üçün Rusiyanın alternativinə çevrilir”

20-02-2026, 22:37 8 dəfə baxılıb

 

ABŞ-nin təşəbbüsü ilə formalaşdırılan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) investorların diqqətini cəlb edib.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin proqnozunda deyilir.

Təşkilatın qiymətləndirməsinə görə, Ermənistan və Azərbaycan arasında sülh sazişinin ilkin icra mərhələsinə keçməsi, həmçinin ABŞ-nin regionda artan geostrateji iştirakı yeni tranzit layihələrinə marağı gücləndirib. Azərbaycanı Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirəcək TRIPP dəhlizi regionun logistika xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.

Hesabatda qeyd olunur ki, layihənin əsas hissəsi Amerika kapitalı ilə idarə olunan strukturlar tərəfindən idarə ediləcək, ödənişli tranzit zonasının inkişafı üçün isə birgə müəssisə yaradılacaq. ABŞ rəsmiləri bildiriblər ki, paralel layihələrə milyardlarla dollar investisiya cəlb oluna bilər.

“Fitch Solutions” hesab edir ki, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və logistika sahəsində paralel təşəbbüslər Azərbaycanın regional tranzit mərkəzi kimi rolunu gücləndirə bilər. Bunun fonunda 2026-cı ildə ABŞ ilə iqtisadi və strateji əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir.

Təşkilatın qənaətinə görə, regionda investisiya fəallığının artması həm iqtisadi dinamikanın, həm də geosiyasi balansın yenidən formatlaşdırılmasına kömək edə bilər.

Hesabata görə, ABŞ Bakı və İrəvan üçün Rusiya ilə strateji tərəfdaşlığa əhəmiyyətli alternativə çevrilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930