Əli Əsədov bu gün iclas keçirdi

20-04-2026, 19:46 16 dəfə baxılıb

 

Bu gün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

“Azerinews.az” xəbər verir ki, iclasın gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər cari məsələlər ətraflı müzakirə olunub. 

Gündəlikdə olan məsələ üzrə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.

İclasın yekununda aqrar sahənin inkişafı ilə bağlı qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, ötən günlərdə saytımızda “Əli Əsədovun biznes və tikinti imperiyası...” başlıqlı material dərc olunub. Yazıda Baş nazirə məxsus restoranlar və digər obyektlərin siyahısı yer alıb. Sözügedən məqalə ölkə mediasında rezonans doğursa da, Nazirlər Kabineti tərəfindən bu barədə heç bir açıqlama verilməyib.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930