Hikmət Hacıyevlə Armen Qriqoryan panel müzakirələrində iştirak edəcəklər

21-04-2026, 12:26 14 dəfə baxılıb

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanda keçiriləcək iqtisadi forum çərçivəsində panel müzakirəsində iştirak edəcəklər.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat xidməti məlumat yayıb.

“Strateji bölücü xətlər: Münaqişələrin idarə edilməsi və Avropanın şərq qonşuluğu zonasında dayanıqlığın formalaşdırılması” adlanan panel müzakirələrində Qriqoryan və Hacıyevdən başqa, Yunanıstan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tanos Dokos və Moldova prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Stanislav Sekrieru da iştirak edəcəklər.

Qeyd edək ki, iqtisadi forum aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930