APA-ya sədrlik Azərbaycana keçir

22-02-2024, 11:03 3 dəfə baxılıb

 

Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına (APA) sədrliyi iki il müddətinə öz üzərinə götürür. 

“Azerinews.az” xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib.

Sədrin sözlərinə görə, qardaş Türkiyədən sədrliyi təhvil almaq qürurvericidir. 

S.Qafarova qeyd edib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrıseçkiliyin artması, irqçilik, ksenofobiya və islamafobiya kimi günümüzün aktual problemləri də Asiya regionuna mənfi təsir göstərir: 

“Etiraf etmək lazımdır ki, bütün bu çağırışları tək-tək yox, yalnız birgə səylərlə kollektiv şəkildə həll etmək olar. Bu, regionumuzda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir. Təbii, insan resurslarını, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nəzərə alaraq hesab edirəm ki, regionumuz bu çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malikdir”.

Spiker vurğulayıb ki, Asiya regionunun coğrafiyası, demoqrafiyası, mədəniyyəti və din müxtəlifliyi ölkələrimizi və xalqlarımızı bir-birindən ayırmır: “Əksinə, bu müxtəlifliklər onları zənginləşdirir və daha da yaxınlaşdırır. Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformadır”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031