Keniyanın Baş prokuroru Ağdamda - Fotolar

22-02-2024, 16:33 1 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniyanın Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

“Azerinews.az xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olub.

Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, xatirə abidəsi önünə gül dəstələri düzüblər.  Qonaqlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev fondunun Prezidenti, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti ilə aparılan genişmiqyaslı bərpa quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını vuğulayıblar.

Nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət dram teatrında aparılan quruculuq bərpa işləri ilə tanış olublar.

Keniyalı prokurorlar yol boyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrdə erməni vandalizminin izlərinin şahidi olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Bərdə rayon prokurorluğunun fəaliyyəti ilə tanış olub.

Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930