Qubadlıya yeni prokuror təyin edilib

28-02-2024, 12:11 6 dəfə baxılıb

 

Qubadlı rayonuna yeni prokuror təyin edilib.

"Azerinews.az" xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Emil Kərimov Qubadlı rayon prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Emil Kərimov 2002-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub.

Əvvəllər Tərtər hərbi prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq, Hərbi Prokurorluqda şöbə prokuroru, Hərbi prokurorun böyük köməkçisi və Hərbi Prokurorluqda şöbə və idarə rəisi vəzifələrində çalışıb.

Bundan başqa, əldə etdiyimiz məlumata görə Qubadlı rayonunda anadan olan və 14 yaşı olanda Qubadlı rayonu işğal olunduqdan sonra məcburən oradan çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930