Cari ilin 9 ayında Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib

6-12-2023, 13:23 3 dəfə baxılıb

Cari ilin 9 ayında Azərbaycanda qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib.

"Azerinews.az" xəbər verir ki, bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayında ailə-məişət zorakılığı zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı 1296 olub.

R.Süleymanov bildirib ki, məişət zəminində qadınlara qarşı törədilən cinayətlərin 1062-də zərərçəkmiş şəxs qadınlar, 344 nəfəri kişilər, 14-ü yetkinlik yaşına çatmayan şəxslər olub






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031