Türkmənistandan Xəzər dənizindən keçən Avrasiya nəqliyyat marşrutu barədə təklif
Türkmənistan Avrasiya nəqliyyat marşrutlarının yaradılması üzərində işləyir.
Bu barədə Türkmənistanın Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov bəyan edib.
“Aşqabad Xəzər və Qara dənizlərindən keçən, Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionunu vahid nəqliyyat sisteminə birləşdirən, razılaşdırılmış norma və meyarlara uyğun fəaliyyət göstərən Avrasiya multimodal nəqliyyat və tranzit layihələrinin həyata keçirilməsi üzərində işləyir”, - deyə Q.Berdiməhəmmədov bildirib.
O qeyd edib ki, bu cür işlər üçün siyasi, diplomatik yardım və dəstək, həmçinin Birləşmiş Millətlər Təşkilatı səviyyəsində qərarların qəbulu tələb olunur.
“Biz Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, regional strukturlar kimi beynəlxalq maliyyə və iqtisadi qurumları beynəlxalq nəqliyyat layihələrinə kifayət qədər dəstək verməyə və strateji qərarların qəbulunda iştirak etməyə dəvət edirik”, - deyə o əlavə edib.
Q.Berdiməhəmmədov, həmçinin, bildirib ki, Türkmənistan bu sahələrdə danışıqlara açıqdır, milli və beynəlxalq layihələrin həyata keçirilməsində iştirak üçün hər cür şərait yaratmağa hazırdır.
Mənbə: TASS