Hikmət Hacıyev Konqo Prezidentinin müşaviri ilə görüşüb

5-03-2024, 14:40 19 dəfə baxılıb

 Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Konqo Prezidentinin beynəlxalq strategiya üzrə müşaviri Francoise Joly ilə görüşüb.

"Azerinews.az" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Azərbaycan Afrika ölkələri ilə ənənəvi dostluq münasibətlərinə malik olduğuna və Qoşulmama Hərəkatına sədrlik ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı platforma yaratdığına görə, ölkələrimiz arasında siyasi, enerji, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə etdik. COP29 Konqo ilə qarşılıqlı fəaliyyətimiz üçün daha bir fürsətdir", - H.Hacıyev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930