Hikmət Hacıyev Türkiyədə Fəxrəddin Altunla görüşüb - FOTO

19-01-2024, 15:46 9 dəfə baxılıb

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Bu barədə Fəxrəddin Altun “X” hesabında paylaşım edib.

O, Türkiyədə görüşərək məhsuldar görüş keçirdiklərini bildirib.

“Regional və beynəlxalq müstəvidə dost və qardaş Türkiyə və Azərbaycan arasında informasiya, media və ictimai diplomatiya sahəsində, eyni zamanda, dezinformasiya ilə mübarizə sahəsində iş birliyini gücləndirməyə böyük əhəmiyyət veririk. Bundan sonrakı müddətdə media və informasiya sahəsindəki iş birliklərimizi artıracaq, beynəlxalq sahədə iki dost və qardaş ölkə olaraq həqiqət mübarizəmizi aparmağa davam edəcəyik”, - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031