Azərbaycan və Türkiyə arasında Konsulluq məsləhətləşmələri keçirilib

7-03-2024, 14:56 2 dəfə baxılıb

 

Türkiyə xarici işlər nazir müavini Yasin Ekrem Serim və Azərbaycanın Konsulluq Məsələləri üzrə xarici işlər nazir müavini Fariz Rzayevin sədrliyi ilə Türkiyə-Azərbaycan Konsulluq və Miqrasiya Məsləhətləşmələri keçirilib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, məsləhətləşmələr zamanı iki ölkənin konsulluq münasibətlərinin gündəliyində duran bütün məsələlər, xüsusən də vətəndaşlarla sıx bağlı olan yaşayış, vətəndaşlıq, məhkəmə və nəqliyyat məsələləri ətraflı müzakirə olunub.

Bundan əlavə, miqrasiya məsələlərində ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930